AZ

“Grammy 2027”nin keçiriləcəyi TARİX məlum oldu

Növbəti "Grammy" musiqi mükafatının təqdimetmə mərasimi 7 fevral 2027-ci ildə keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

"69-cu illik təntənəli mərasim 7 fevral 2027-ci ildə Los-Ancelesdə baş tutacaq", - məlumatda bildirilib.

Mükafatın nominantları noyabrın 16-da elan ediləcək. Mərasim 1972-ci ildən bəri ilk dəfə olaraq ABC telekanalı tərəfindən canlı yayımlanacaq.
 

"Grammy"ni "Hulu" və "Disney+" onlayn platformalarında da izləmək mümkün olacaq. Buna qədər yayım hüquqları CBS telekanalına məxsus idi.


Səsvermənin ilk raundu oktyabrda keçiriləcək, qaliblər isə dekabr-yanvar aylarında seçiləcək.

Bizim.Media

Seçilən
1
1
bizim.media

10Mənbələr