AZ

“Avroviziya” şərhçilərimiz onlar OLACAQ

Yazını böyüt
Yazını kiçilt

"Avroviziya 2026" yarımfinal və final mərhələlərinin Azərbaycandan olan şərhçiləri bəlli olub.

Hafta.az xəbər verir ki, bu barədə İctimai TV məlumat yayıb.

Bildirilib ki, kanalın aparıcıları Aysel Zahidqızı və Azər Süleymanlı 70-ci "Avroviziya" mahnı müsabiqəsinin birinci və ikinci yarımfinallarını, həmçinin, böyük finalını ana dilimizdə şərh edəcəklər.

Qeyd edək ki, yarış 12, 14 və 16 may tarixlərində yayımlanacaq. Azərbaycan isə 14 may tarixində baş tutacaq 2-ci yarımfinalda 2-ci nömrə altında çıxış edəcək. Ölkəmizi Jiva "Just go" mahnısı ilə təmsil edəcək.

Seçilən
15
10
hafta.az

10Mənbələr