AZ

Moskvada bunu edənlər 200 min cərimələnəcək

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

Moskvada terror aktlarının və pilotsuz uçuş aparatlarının hücumlarının nəticələri barədə məlumatların yayılmasına görə 200 min rubla qədər cərimə tətbiq ediləcək.

Axar.az xəbər verir ki, müvafiq qərar Moskva meri və şəhər hökumətinin rəsmi saytında yayılıb.

Qeyd olunub ki, bu məhdudiyyətlər paytaxtın antiterror komissiyası tərəfindən yanlış məlumatların yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilib.

Yeni qaydalara əsasən, dövlət orqanlarına, tabeliyində olan qurumlara, mediaya, fövqəladə xidmətlərə, hüquqi şəxslərə və vətəndaşlara Moskva ərazisində terror aktları və PUA hücumları ilə bağlı mətn, foto və videomaterialları Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatı, paytaxt meri və hökumətinin saytındakı paylaşımlar, həmçinin şəhər rəhbərinin rəsmi hesabları və bloqlarında dərc olunan məlumatlar yayılana qədər paylaşmaq qadağan edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
6
axar.az

8Mənbələr