ain.az bildirir, Azertag portalına istinadən.
Moskva, 13 may, AZƏRTAC
Moskvada terror aktlarının və pilotsuz uçuş aparatlarının hücumlarının nəticələri barədə məlumatların yayılmasına görə 200 min rubla qədər cərimə tətbiq edilir.
AZƏRTAC xəbər verir ki, müvafiq qərar Moskva meri və şəhər hökumətinin rəsmi saytında dərc olunub.
Bu məhdudiyyətlər paytaxtın antiterror komissiyası tərəfindən yanlış məlumatların yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilib.
Yeni qaydalara əsasən, dövlət orqanlarına, tabeliyində olan qurumlara, mediaya, fövqəladə xidmətlərə, hüquqi şəxslərə və vətəndaşlara Moskva ərazisində terror aktları və PUA hücumları ilə bağlı mətn, foto və video materialları Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatı, paytaxt meri və hökumətinin saytındakı paylaşımlar, həmçinin şəhər rəhbərinin rəsmi hesabları və bloqlarında dərc olunan məlumatlar yayılana qədər paylaşmaq qadağan edilir.
Məhdudiyyətlər, həmçinin pilotsuz uçuş aparatlarının və digər zərbə vasitələrinin hücumlarının nəticələri, vətəndaşların həyat və sağlamlığına zərər vura biləcək hərəkətlər, eləcə də kritik əhəmiyyətli infrastruktur da daxil olmaqla müxtəlif obyektlərə dəyən zərərlə bağlı məlumatlara da şamil olunur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.