AFFA Region Liqasında 2025/2026 mövsümünün final və üçüncü yer uğrunda oyunun yeri və başlama saatı müəyyənləşib.
Milli assosiasiyadan 90deqiqe.Az-a verilən məlumata görə, yarışın həlledici matçları mayın 18-də Şamaxıda təşkil olunacaq.
İlk olaraq saat 11:00-da "Biləsuvar" və "Şəfəq" komandaları arasında III yer uğrunda qarşılaşma keçiriləcək. Final oyunu isə saat 16:00-da "Zəngəzur"la "Marafon" kollektivləri arasında baş tutacaq.
Hər iki qarşılaşma Şamaxı şəhər stadionunda reallaşacaq.