AZ

Region Liqasında finalın yeri və vaxtı müəyyənləşdi

style='margin-bottom:10px;'>

AFFA Region Liqasında 2025/2026-cı illər mövsümünün final və 3-cü yer uğrunda oyununun yeri və başlanma saatı müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Yarışın həlledici matçları mayın 18-də Şamaxıda təşkil olunacaq.

İlk olaraq saat 11:00-da “Biləsuvar” və “Şəfəq” komandaları arasında 3-cü yer uğrunda qarşılaşma keçiriləcək. Final oyunu isə saat 16:00-da “Zəngəzur”la “Marafon” kollektivləri arasında olacaq. Hər iki qarşılaşma Şamaxı şəhər stadionunda reallaşacaq.

Seçilən
23
14
teleqraf.com

10Mənbələr