AZ

Azərbaycan Kuboku: “Zirə” final oyununda hesabı açıb - YENİLƏNİB

Bakı, 13 may, AZƏRTAC

Futbol üzrə Azərbaycan Kubokunda “Sabah” və “Zirə” komandaları arasında keçirilən final oyununda hesab açılıb.

AZƏRTAC xəbər verir ki, “Palms Sports Arena”da gerçəkləşən həlledici görüşün 4-cü dəqiqəsində "Zirə"nin heyətində Eren Aydın fərqlənib - 1:0.

Matçı FIFA referisi Elçin Məsiyev idarə edir.

20.01

Futbol üzrə Azərbaycan Kubokunda “Sabah” və “Zirə” komandaları arasında keçirilən final oyunu start götürüb.

AZƏRTAC xəbər verir ki, saat 20:00-da “Palms Sports Arena”da gerçəkləşən həlledici görüşü FIFA referisi Elçin Məsiyev idarə edir.

Azərbaycan çempionluğunu vaxtından əvvəl təmin edən “Sabah” ölkə kubokunu da qazanmaqla mövsümü 2 titulla başa vurmaq istəyir. “Zirə” isə kuboka sahib çıxmaqla həm də Avropa Liqasına vəsiqə əldə etmək niyyətindədir.

Qeyd edək ki, ölkə kubokunun son qalibi “Sabah” komandasıdır.

Müxbir - Aynur Əlixanlı

Seçilən
14
4
azertag.az

8Mənbələr