AZ

“Sabah” “Zirə”yə qarşı - Azərbaycan Kubokunda final oyunu

Bu gün futbol üzrə Azərbaycan Kubokunda final oyunu ilə 2025/2026-cı illər mövsümünə yekun vurulacaq.

Bakıvaxtı.az xəbər verir ki, həlledici görüşdə “Sabah” və “Zirə” komandaları qarşılaşacaq.

“Palms Sports Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Matçı FIFA referisi Elçin Məsiyev idarə edəcək.

Azərbaycan çempionluğunu vaxtından əvvəl təmin edən “Sabah” ölkə kubokunu da qazanmaqla mövsümü 2 titulla başa vurmaq istəyir. “Zirə” isə kuboka sahib çıxmaqla həm də Avropa Liqasına vəsiqə əldə etmək niyyətindədir.

Qeyd edək ki, ölkə kubokunun son qalibi “Sabah” komandasıdır.

Seçilən
4
5
bakivaxti.az

8Mənbələr