Yazını böyüt
Yazını kiçilt
Türkiyəli məşhur aktyor Oktay Kaynarca zəhərlənmədən xəstəxanaya yerləşdirilib.
Hafta.az türk mətbuatına istinadən xəbər verir ki, aktyor səhər saatlarında səhhətində narahatlıq hiss edib və həkim müayinəsi üçün xəstəxanaya gedib.
İlkin müayinələr zamanı qida zəhərlənməsi şübhəsi üzə çıxıb. Ona müvafiq tibbi yardım göstərilib.
Bildirilib ki, müalicə prosesi uğurla davam edir və aktyorun sağlamlıq vəziyyətində yaxşılaşma müşahidə olunur.