AZ

“Çakır”dan üzücü xəbər Durumu necədir?

Yenisabah portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyəli məşhur aktyor Oktay Kaynarca qida zəhərlənməsi səbəbilə xəstəxanaya yerləşdirilib.

“Yeni Sabah” xəbər verir ki, səhər saatlarında səhhətində narahatlıq hiss edən aktyor həkim müayinəsi üçün xəstəxanaya gedib və müalicəyə başlayıb.

İlkin müayinələr zamanı qida zəhərlənməsi şübhəsi üzə çıxıb və ona müvafiq tibbi yardım göstərilib. Dördpendirli pizza

Məlumata görə, müalicə prosesi uğurla davam edir və aktyorun sağlamlıq vəziyyətində yaxşılaşma müşahidə olunur.

Qeyd edək ki, O.Kaynarca Türkiyənin tanınmış televiziya və kino aktyorudur. O, “Kurtlar vadisi” serialındakı “Çakır” obrazı ilə məşhurdur.

Aydan Hacı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
5
yenisabah.az

7Mənbələr