AZ

Maradonanın ölüm səbəbi, əslində, nə idi? – ŞOK DETALLAR

Argentina futbolunun əfsanəsi Diego Maradonanın ölümü ilə bağlı məhkəmə prosesi yenidən gündəmə gəlib. Maradonanın ölümündə səhlənkarlıqda ittiham olunan yeddi tibb işçisi yenidən məhkəmə qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, məlumata görə, Maradona 2020-ci ilin noyabrında beynində qan laxtasının götürülməsi əməliyyatından sonra ev şəraitində müalicə alarkən vəfat edib. Rəsmi açıqlamalara əsasən, o, ürək çatışmazlığı və ağciyərlərdə maye toplanması nəticəsində həyatını itirib.

Prokurorlar iddia edir ki, futbolçunun səhhəti ölümündən əvvəl saatlarla ağır vəziyyətdə olsa da, həkimlər lazımi müdaxilə etməyib. Məhkəmədə çıxış edən ekspertlər Maradonanın ölümündən əvvəl təxminən 12 saat əzab çəkdiyini bildiriblər.

İstintaqa əsasən, Maradonaya nəzarət edən tibbi heyət onun vəziyyətini düzgün izləməyib və vaxtında xəstəxanaya yerləşdirməyib. Prokurorlar bunu “laqeydlik” və “taleyin ümidinə buraxmaq” kimi qiymətləndirirlər.

Təqsirləndirilən şəxslər arasında Maradonanın şəxsi həkimi Leopoldo Luque, psixiatr Agustina Cosachov və bir neçə tibb işçisi var. Onlar bütün ittihamları rədd edirlər. Əgər günahkar bilinərlərsə, 8 ildən 25 ilə qədər həbs cəzası ala bilərlər.

Musavat.com

Seçilən
3
13
musavat.com

10Mənbələr