Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.
Argentinalı futbolçu Dieqo Maradonanın (1960-2020) ölüm işi üzrə dinləmələr aprelin 14-də San İsidro məhkəməsində yenidən başlayıb.
Yeniavaz.com “Clarín” qəzetinə istinadla xəbər verir ki, dinləmədə prokurorluğun nümayəndələri və təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər.
Dinləmə başlamazdan əvvəl Maradonanın müalicə həkimi Leopoldo Lukenin vəkillərindən biri dinləmənin televiziyada yayımlanmasına icazə verməsini xahiş etsə də, hakimlər bu tələbi rədd ediblər.
Prokuror Patrisio Ferrari məhkəmə iclasında 100-dən çox şahidin ifadə verəcəyini açıqlayıb.
“Təqsirləndirilən şəxslər Dieqo Maradonanı taleyin ümidinə buraxaraq onu ölümə məhkum ediblər. Təqdim olunan dəlillər onun evə göndərilməsinin misli görünməmiş qəddar addım olduğunu və minimum tələblərə cavab vermədiyini təsdiqləyəcək”, - deyə prokuror bildirib.
Qeyd edək ki, 2022-ci ilin iyun ayında Baş Prokurorluq Maradonanın ölümü ilə əlaqədar olaraq Leopoldo Luke də daxil olmaqla səkkiz tibb işçisini ağır cinayət törətməkdə ittiham edib. Onları 8 ildən 25 ilə qədər həbs cəzası gözləyir. Məhkəmə prosesləri 2025-ci ilin mart ayında başlayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.