AZ

Türkiyə XİN-dən Ermənistanla bağlı açıqlama - Hazırlıqlar tamamlanıb

"Ermənistanla ticarətə başlamaq üçün bürokratik hazırlıqlar başa çatıb".

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli özünün sosial media hesabında məlumat yayıb.

“2022-ci ildən bəri davam edən Ermənistanla münasibətlərin normallaşma prosesi çərçivəsində və görülən etimad quruculuğu tədbirlərinin bir hissəsi olaraq, ölkəmizlə Ermənistan arasında birbaşa ticarətin başlanması üçün bürokratik hazırlıqlar 11 may 2026-cı il tarixinə qədər başa çatmışdır”, - deyə siyasətçi vurğulayıb.

Keçeli bildirib ki, iki ölkə arasında ortaq sərhədin açılması üçün lazımi texniki və bürokratik işlər hələ də davam edir.

Onun sözlərinə görə, yeni qayda sayəsində artıq Türkiyədən üçüncü ölkəyə, oradan isə Ermənistana gedən və ya eyni marşrutdan istifadə edərək Ermənistandan gələn malların son təyinat yeri və ya mənşəyi kimi "Ermənistan/Türkiyə" yazmaq mümkündür.

Keçeli qeyd edib ki, Cənubi Qafqazda davamlı sülh və rifahın möhkəmləndirilməsi üçün tarixi fürsəti nəzərə alaraq, Türkiyə regionun bütün ölkələri və xalqlarının rifahı naminə iqtisadi əlaqələrin inkişafına və əməkdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verməyə davam edəcək.

Daşqın HəsənovMissiya.Az

Seçilən
0
1
missiya.az

9Mənbələr