Ermənistanla ticarət əlaqələrinin başlanması üçün hazırlıqlar başa çatıb.
Aznews.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli "X"-də yazıb.
Onun sözlərinə görə, 2022-ci ildən bəri davam edən Ermənistanla normallaşma prosesi çərçivəsində Türkiyə ilə Ermənistan arasında birbaşa ticarət əlaqələrinin başlanması üçün bürokratik hazırlıqlar mayın 11-də başa çatıb.
XİN rəsmisi qeyd edib ki, iki ölkə arasında sərhədlərin açılması üçün müvafiq işlər hələ də davam edir.