AZ

Azərbaycanda komanda meydana iki qapıçı ilə çıxdı

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Şəki Siti" II Liqada meydana iki qapıçı ilə çıxıb.

Axar.az Sportinfo.az-a istinadla xəbər verir ki, 26-cı turu çərçivəsində baş tutan "Şəki Siti" - "Göygöl" qarşılaşmasında (2:1) ev sahibləri heyət sıxıntısı ilə üzləşib.

Şəki təmsilçisi matça cəmi bir ehtiyat oyunçu ilə qoşulub.

Heyət qıtlığı səbəbindən texniki zona hər iki qapıçının eyni vaxtda xidmətindən istifadə etmək məcburiyyətində qalıb.

Belə ki, Ayxan Qocayev qapını qoruduğu halda, digər qolkiper Çerkez Hüseynov meydanda oyunçu kimi mübarizə aparıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
5
axar.az

7Mənbələr