Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bölgə təmsilçisi meydana 2 qapıçı ilə çıxacaq
Azərbaycanda 2-ci Liqa klubu "Şəki Siti" bugünkü matçda meydana iki qapıçı ilə çıxacaq.
QOL.az xəbər verir ki, 2-ci Liqanın 26-cı turu çərçivəsində baş tutacaq "Şəki Siti" - "Göygöl" qarşılaşmasında meydan sahibləri heyət sıxıntısı ilə üzləşib.
Şəki təmsilçisi matça cəmi bir ehtiyat oyunçu ilə qoşulacaq. Heyət qıtlığı səbəbindən texniki zona hər iki qapıçının eyni vaxtda xidmətindən istifadə etmək məcburiyyətində qalıb. Belə ki, Ayxan Qocayev qapını qoruyacağı halda, digər qolkiper Çerkez Hüseynov meydanda oyunçu kimi mübarizəyə qoşulacaq.
Qeyd edək ki, matç bu gün 17:00-da start götürəcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.