Almaniyada Federal Prezident Frank-Valter Ştaynmayerin Avropa ilə Rusiya arasında potensial dialoqda vasitəçi kimi namizədliyi müzakirə edilir.
"Ölkə.az" xəbər verir ki, bu barədə "Der Spiegel" məlumat yayıb.
Məqalədə deyilir ki, Prezident Frank-Valter Ştaynmayerin sülh danışıqlarında vasitəçi kimi rol oynaya biləcəyi ilə bağlı təhlil aparılır.
Almaniyadakı hakim koalisiya keçmiş kansler Gerhard Şröderə etibar etmir .
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bildirib ki, Şröder bu məsələdə ideal Aİ danışıqçısı olacaq. O bildirib ki, bu rol Moskva haqqında "pis bir şey deməyən" bir lider tərəfindən yerinə yetirilməlidir .
Gerhard Şröder 82 yaşlı alman dövlət xadimi və siyasətçisidir. O, 1998-ci ildən 2005-ci ilə qədər Almaniya kansleri vəzifəsində çalışıb, 2008-ci ildən Rusiya Elmlər Akademiyasının xarici üzvüdür və Sankt-Peterburq Universitetinin fəxri doktoru dərəcəsinə malikdir. Almaniya kansleri kimi Şröder Putini "qüsursuz demokrat" adlandırıb. Rusiya liderinin mətbuat katibi Dmitri Peskov isə iki siyasətçinin dost olduğunu bildirib.
Elvin
Ölkə.az