AZ

Almaniya Ştaynmayerin namizədliyini müzakirə edir

Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Almaniyada Federal Prezident Frank-Valter Ştaynmayerin Avropa ilə Rusiya arasında potensial dialoqda vasitəçi kimi namizədliyi müzakirə edilir.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Der Spiegel" məlumat yayıb.

Məqalədə deyilir ki, Prezident Frank-Valter Ştaynmayerin sülh danışıqlarında vasitəçi kimi rol oynaya biləcəyi ilə bağlı təhlil aparılır.

Almaniyadakı hakim koalisiya keçmiş kansler Gerhard Şröderə etibar etmir .

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bildirib ki, Şröder bu məsələdə ideal Aİ danışıqçısı olacaq. O bildirib ki, bu rol Moskva haqqında "pis bir şey deməyən" bir lider tərəfindən yerinə yetirilməlidir  .

Gerhard Şröder 82 yaşlı alman dövlət xadimi və siyasətçisidir. O, 1998-ci ildən 2005-ci ilə qədər Almaniya kansleri vəzifəsində çalışıb, 2008-ci ildən Rusiya Elmlər Akademiyasının xarici üzvüdür və Sankt-Peterburq Universitetinin fəxri doktoru dərəcəsinə malikdir. Almaniya kansleri kimi Şröder Putini "qüsursuz demokrat" adlandırıb. Rusiya liderinin mətbuat katibi Dmitri Peskov isə iki siyasətçinin dost olduğunu bildirib.

Elvin

Ölkə.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
1
olke.az

2Mənbələr