Basmati düyüsünün özünəməxsus ətri bəzən gözlənilən fındıq qoxusu əvəzinə kəskin "tövlə" və ya "axır" qoxusunu xatırlada bilər. Bu vəziyyət həm düyünün təbiətindən, həm də saxlama şəraitindən qaynaqlana bilir.
Publika.az xəbər verir ki, basmati düyüsünü digərlərindən fərqləndirən əsas amil tərkibindəki 2-asetil-1-pirolin adlı maddədir.
Digər düyülərdən 12 qat daha çox aromaya malik olan bu növ normalda partlamış qarğıdalı qoxusu verir, lakin yüksək keyfiyyətli və illərlə saxlanılmış düyülərdə bu ətir daha ağır və torpağımsı bir tona çevrilə bilər.
Xüsusilə "Sela" (qaynadılmış/buxara verilmiş) Basmati düyüləri istehsal mərhələsindəki texniki işlər səbəbindən daha metalik və kəskin qoxuya malik olur.
Düyü nəm və isti mühitdə qaldıqda mikrobioloji aktivlik artır. Bu zaman həmin xoş ətir fementasiyaya uğrayaraq "yaş əski" və ya kif qoxusuna çevrilir.