AZ

Basmati düyüsündəki o heyvani qoxunun səbəbi bəlli oldu

Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Basmati düyüsünün özünəməxsus ətri bəzən gözlənilən fındıq qoxusu əvəzinə kəskin "tövlə" və ya "axır" qoxusunu xatırlada bilər. Bu vəziyyət həm düyünün təbiətindən, həm də saxlama şəraitindən qaynaqlana bilir.

Milli.Az xəbər verir ki, basmati düyüsünü digərlərindən fərqləndirən əsas amil tərkibindəki 2-asetil-1-pirolin adlı maddədir. Digər düyülərdən 12 qat daha çox aromaya malik olan bu növ normalda partlamış qarğıdalı qoxusu verir, lakin yüksək keyfiyyətli və illərlə saxlanılmış düyülərdə bu ətir daha ağır və torpağımsı bir tona çevrilə bilər.

Xüsusilə "Sela" (qaynadılmış/buxara verilmiş) Basmati düyüləri istehsal mərhələsindəki texniki işlər səbəbindən daha metalik və kəskin qoxuya malik olur.

Düyü nəm və isti mühitdə qaldıqda mikrobioloji aktivlik artır. Bu zaman həmin xoş ətir fementasiyaya uğrayaraq "yaş əski" və ya kif qoxusuna çevrilir.

Düyüdəki təbii yağlar işıq və hava ilə təmasda olduqda oksidləşir, bu da sabunlu və ya metalik dadın yaranmasına yol açır.

Kəndir (ceyt) torbalarda uzun müddət qalan düyülər torbanın lifli və torpaq qoxusunu özünə çəkə bilər.

Köhnə qoxudan xilas olmaq üçün nə etməli?

Düyünün üzərindəki artıq nişasta və kənar çirklər boyat qoxuya səbəb olur. Suyu tam şəffaflaşana qədər soyuq su altında durulayın.

Düyünü qoxulu qidalardan uzaq, sərin, qaranlıq və hava keçirməyən qablarda saxlayaraq oksidləşmənin qarşısını alın.

Basmati düyüsünün təbiətində olsa da, əgər yuduqdan sonra da kəskin turş qoxu qalırsınsa, düyü dənələri ovulub un kimi tökülürsə və ya üzərində sarı/qəhvəyi ləkələr varsa, bu, düyünün xarab olduğunun göstəricisidir. Sağlamlığınız üçün şübhəli qoxuya malik məhsulları istehlak etməyin.Lalə Qüdrətova

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
2
news.milli.az

3Mənbələr