“Sabah”da uğurlu mövsüm keçirən Aaron Malouda Avropa klublarının diqqətini çəkib.
İdmanxeber.az xəbər verir ki, bu barədə Fransanın nüfuzlu “L’Équipe” nəşri məlumay yayıb. Xəbərdə bildirilir ki, mövsüm ərzində uğurlu çıxış edən gənc futbolçu İtaliyanın “Sampdoria” və Şotlandiyanın “Seltik” klublarının maraq dairəsindədir. Hər iki komandanın oyunçuya təkliflərini təqdim etdiyi və danışıqların başladığı bildirilir.
20 yaşlı fransalı cinah oyunçusu cari mövsüm bütün turnirlərdə keçirdiyi 27 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə edib.
O, mövsümün əvvəlində “Lill”dən icarə əsasında “Sabah”a keçib. Futbolçunun müqaviləsi yanvarda tamamilə satın alınıb və onun klubla anlaşması 2029-cu ilin dekabrına qədərdir.