"Sampdoriya" və "Seltik" "Sabah"ın futbolçusu Aaron Maluda ilə maraqlanır.
Sportal.az "Ekip"ə istinadən xəbər verir ki, hər iki klub fransalı ilə danışıqlar aparır.
O, ötən ilin sentyabrından "Sabah"da çıxış edir.
"Bayquşlar" bu ilin yanvarında "Lill"in vingerinin transfer hüququna yiyələnərək 4 illik müqavilə bağlayıblar. O, "Sabah"ın heyətində bütün turnirlərdə 27 oyun keçirib, 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi