AZ

"Günahkar özümüzük" - Andrey Demçenko

Misli Premyer Liqasının XXXI turunun “Sumqayıt” – “Araz-Naxçıvan” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Andrey Demçenkonun mətbuat konfransı keçirilib.

Fanat.Az xəbər verir ki, ukraynalı mütəxəssis fikirlərini bölüşüb: 

"Oyunumuz alındı. Yaxşı imkanlarımız olsa da, istifadə edə bilmədik.

Məğlubiyyətə görə günahkar özümüzük. Rəqibimiz sadə səhvlərimizi bağışlamadı. Xırda səhvlər edib rəqibin fərlənməsinə şərait yaratdıq. İkinci hissədə oyunumuzu düzəltdik, qol vurduq, nəzarəti ələ aldıq. Təəssüf ki, son saniyələrdə qol buraxdıq. Qələbə qazanmaq üçün meydanda bütün gücünü sərf etməli, bir növ "ölməlisən". Komandanın yarısı bunu edirdi, bir qism futbolçumuz isə etmirdi. Futbolda qələbə istəyirsənsə, bunu hamı istəməli, hamı güc sərf etməlidir. Kimsə aldatmağa çalışırsa, bunun əziyyətini komanda çəkir".

Seçilən
2
3
fanat.az

4Mənbələr