AZ

Qələbə qazanmaq üçün ölməlisən Andrey Demçenko

ain.az bildirir, Qol.az portalına istinadən.

"Qələbə qazanmaq üçün "ölməlisən" - Andrey Demçenko

"Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko Misli Premyer Liqasının 31-ci turunda "Sumqayıt"a məğlub olduqları matçdan (1:2) sonra oyun barədə fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, baş məşqçi komandasının oyunundan ümumilikdə razı qalsa da, buraxılan sadə səhvlərin və bəzi futbolçuların meydanda tam gücü ilə mübarizə aparmamasının məğlubiyyətə səbəb olduğunu bildirib:

"Oyunumuz ümumilikdə alındı. Yaxşı qol imkanlarımız olsa da, təəssüf ki, onlardan istifadə edə bilmədik. Məğlubiyyətə görə günahkar özümüzük. Rəqibimiz sadə səhvlərimizi bağışlamadı. Xırda səhvlər edib rəqibin fərlənməsinə şərait yaratdıq. İkinci hissədə oyunumuzu düzəltdik, qol vurduq, nəzarəti ələ aldıq. Təəssüf ki, son saniyələrdə qol buraxdıq".

Mütəxəssis bəzi oyunçuların qələbə üçün kifayət qədər əzmkarlıq göstərmədiyini və bunun bütün komandaya zərər vurduğunu xüsusi vurğulayıb:

"Qələbə qazanmaq üçün meydanda bütün gücünü sərf etməli, bir növ "ölməlisən". Komandanın yarısı bunu edirdi, bir qism futbolçumuz isə etmirdi. Futbolda qələbə istəyirsənsə, bunu hamı istəməli, hamı güc sərf etməlidir. Kimsə aldatmağa çalışırsa, bunun əziyyətini komanda çəkir".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
3
qol.az

4Mənbələr