AZ

Dövlət Xidməti Ulu Öndəri ehtiramla yad etdi - FOTOLAR

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov və qurumun aparatının, həmçinin Bakı qarnizonunun bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

"Unikal" xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub, üzərinə çiçəklər düzülüb. 

Həmçinin Xidmətin Aparatında, Mərkəzi Çağırış Məntəqəsi Kompleksində və yerli struktur qurumlarında Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb. 

Seçilən
33
9
unikal.az

10Mənbələr