AZ

Dövlət Xidmətinin şəxsi heyəti Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov və qurumun aparatının, həmçinin Bakı qarnizonunun bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub, üzərinə çiçəklər düzülüb.

Həmçinin Xidmətin Aparatında, Mərkəzi Çağırış Məntəqəsi Kompleksində və yerli struktur qurumlarında Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb.

Seçilən
2
12
azerbaijan-news.az

10Mənbələr