AZ

Belçika 3 ildə Ukraynaya 53 ədəd F-16 verəcək

Belçikanın müdafiə naziri Te Franken 2029-cu ilə qədər ölkənin istifadəsində olan 53 ədəd F-16 təyyarəsinin hamısının Ukraynaya veriləcəyini açıqlayıb.

Musavat.com xəbər verir ki, məlumatı Vif jurnalı Belçika Müdafiə Nazirliyinin rəhbərinə istinadən məlumat yayıb:  "Müdafiə Nazirliyi 53 Belçika F-16 təyyarəsinin hamısını Ukraynaya təhvil verməyi planlaşdırıb və onların əksəriyyəti bu müddətin sonuna qədər təhvil verilməlidir. Bu plana əsasən, ilk yeddi təyyarənin 2026-cı ildə çatdırılması planlaşdırılır ki, bunlardan dördü uçuşa yararsız vəziyyətdədir və simulyator kimi istifadə olunur".

Vif təsdiqləyir ki, əvvəlki hökumət Ukrayna prezidenti Vladimir Zelenskiyə ilk iki təyyarənin 2024-cü ildə çatdırılacağını vəd etsə də, bu baş tutmayıb. Ləngimənin əsas səbəbi isə 2018-ci ildə ABŞ-dan sifariş edilmiş F-35 təyyarələrinin çatdırılmasında gecikmədir. Bu təyyarələr, əksəriyyəti artıq istismar müddətinin sonuna çatmış bütün F-16 donanmasını əvəz etmək üçün nəzərdə tutulub.

Musavat.com

Seçilən
1
4
musavat.com

6Mənbələr