Belçikanın müdafiə naziri Teo Franken 2029-cu ilə qədər 53 ədəd F-16 qırıcısının Ukraynaya təhvil veriləcəyini bəyan edib.
Bu barədə "Le Vif" nəşri Belçika Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.
Məlumata görə, plan üzrə ilk yeddi təyyarə bu il ərzində Ukraynaya göndərilməlidir.
Qeyd edilir ki, əvvəlki hökumət Ukrayna Prezidenti Volodimir Zelenskiyə ilk iki təyyarənin 2024-cü ildə veriləcəyini vəd etsə də, Belçika indiyədək Kiyevə heç bir F-16 təhvil verməyib.