AZ

Zelenski 3 günlük atəşkəsi və əsir mübadiləsini TƏSDİQLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın “1000-in 1000-ə” formatında hərbi əsir mübadiləsinə və 9, 10, 11 may tarixlərində tətbiq olunacaq sükut rejiminə razılıq verdiyini təsdiqləyib.

Bizim.Media bu barədə “unian.net” portalına istinadla xəbər verir.

"Bizim hərəkətlərimizdəki güzgü effekti prinsipi yaxşı məlumdur və Rusiya tərəfinin diqqətinə çatdırılıb. Mövqeyimizi müəyyən edərkən Ukrayna üçün əlavə arqument hər zaman bu müharibənin əsas humanitar məsələlərindən birinin həlli, yəni hərbi əsirlərin azad edilməsidir. Qırmızı meydan bizim üçün evlərinə qaytarıla biləcək ukraynalı əsirlərin həyatından daha az əhəmiyyətlidir", — deyə Zelenski sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, Amerika tərəfinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi çərçivəsində Ukrayna Rusiyanın hərbi əsirlərin “1000-in 1000-ə” formatında mübadiləsini keçirməyə razılığını alıb.

"Həmçinin 9, 10 və 11 may tarixlərində sükut rejimi bərqərar olunmalıdır. Ukrayna ardıcıl olaraq öz insanlarını Rusiya əsirliyindən qaytarmaq üzərində işləyir. Komandama mübadilə üçün lazım olan hər şeyi operativ şəkildə hazırlamağı tapşırdım.

Amerika Birləşmiş Ştatlarının Prezidentinə və onun komandasına nəticəyə yönəlmiş diplomatik iştirakına görə təşəkkür edirəm. Ümid edirik ki, Birləşmiş Ştatlar Rusiya tərəfinin razılaşmalara əməl etməsini təmin edəcək", — deyə Zelenski əlavə edib.

Qeyd edək ki, ABŞ prezidenti Doland Tramp Rusiya və Ukraynanın mayın 9-dan 11-nə qədər atəşin dayandırılması, həmçinin hər tərəfdən min hərbi əsirin mübadilə edilməsi barədə razılığa gəldikləri barədə paylaşım edib.

Bizim.Media

Seçilən
29
3
bizim.media

10Mənbələr