AZ

Rusiya ilə Ukrayna razılığa gəldi

Rusiya və Ukrayna mayın 9-dan 11-dək atəşkəs, eləcə də "1 000 nəfərin 1 000 nəfərə" formulu üzrə əsir mübadiləsi aparmaq barədə razılığa gəliblər.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

Trampın sözlərinə görə, Moskva və Kiyev onun xahişi ilə üçgünlük atəşkəsə razılaşıblar.

"Ümid edirəm ki, bu, çox uzun və şiddətli müharibənin sonunun başlanğıcıdır", - o yazıb.

Seçilən
11
3
publika.az

10Mənbələr