AZ

Premyer Liqa: “Zirə” “İmişli” ilə oyunda vacib xallar itirib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura start verilib.

AZƏRTAC xəbər verir ki, açılış matçında “İmişli” və “Zirə” komandaları qarşılaşıb. Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən görüş qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.

Turnir cədvəlində Bakı klubu 50 xalla 5-ci, İmişlinin eyniadlı təmsilçisi isə 33 xalla 9-cu pillədə qərarlaşıb.

Günün son matçında “Sabah” öz meydanında “Kəpəz”i qəbul edəcək. Saat 19:30-da “Bank Respublika Arena”da start götürəcək oyunun baş hakimi Elvin Bayramov olacaq.

Çempionluğu vaxtından əvvəl təmin edən “Sabah” 75 xalla turnir cədvəlinə başçılıq edir. 24 xalı olan “Kəpəz” isə 10-cu sırada yer alıb.

Qeyd edək ki, XXXI turun digər qarşılaşmaları mayın 9-10-da təşkil olunacaq.

Seçilən
0
4
azerbaijan-news.az

10Mənbələr