AZ

Azərbaycan Premyer Liqasında XXXI tur 2 oyunla start götürür

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 8 may, AZƏRTAC

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura 2 oyunla start veriləcək.

AZƏRTAC xəbər verir ki, açılış matçı saat 16:30-da “İmişli” və “Zirə” komandaları arasında olacaq. Quba Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək görüşü Kamranbəy Rəhimov idarə edəcək.

Turnir cədvəlində Bakı klubu 49 xalla 5-ci, İmişlinin eyniadlı təmsilçisi isə 32 xalla 9-cu pillədə qərarlaşıb.

Günün son matçında “Sabah” öz meydanında “Kəpəz”i qəbul edəcək. Saat 19:30-da “Bank Respublika Arena”da start götürəcək oyunun baş hakimi Elvin Bayramov olacaq.

Çempionluğu vaxtından əvvəl təmin edən “Sabah” 75 xalla turnir cədvəlinə başçılıq edir. 24 xalı olan “Kəpəz” isə 10-cu sırada yer alıb.

Qeyd edək ki, XXXI turun digər qarşılaşmaları mayın 9-10-da təşkil olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
7
azertag.az

10Mənbələr