AZ

PAŞA Holding-in yeni şirkətinə baş icraçı direktor təyin edildi

PAŞA Holding struktur transformasiyası çərçivəsində “PAŞA Ventures Company” MMC-ni təsis edib.

Banker.az xəbər verir ki, hüquqi baxımdan əvvəlki “PAŞA Management Company” əsasında formalaşdırılan yeni şirkət mahiyyət etibarilə fərqli fəaliyyət istiqamətinə malik olacaq və müxtəlif sahələrdə fəaliyyət göstərən aktivlərin mərkəzləşdirilmiş idarə edilməsini həyata keçirəcək.

“PAŞA Ventures Company” MMC-nin idarəçiliyi altında Saffron Restaurant Group, Blue Planet pərakəndə satış şirkəti, Caspian Entertainment və PAŞA Travel kimi aktivlər birləşdiriləcək.

Şirkətin baş icraçı direktoru vəzifəsinə Elnur Əmikişiyev təyin olunub. O, 2020-ci ildən etibarən PAŞA Holding-də Xüsusi Layihələr üzrə Direktor və Ventures istiqaməti üzrə İcraçı Direktor vəzifələrində çalışıb. Əvvəl o, 23 il ərzində BP şirkətində Maliyyə və Kommersiya departamentində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Qeyd edək ki, bu dəyişiklikdən sonra PAŞA Holding-in strukturu üç alt-holdinqdən (aktivlər qrupu) ibarət olacaq: PAŞA Maliyyə Holding, PAŞA Real Estate və PAŞA Ventures. Bununla yanaşı, Holding çərçivəsində Agro Dairy və Bravo şirkətləri ayrıca vertikallar kimi fəaliyyətlərini davam etdirəcəklər.

Seçilən
13
5
banker.az

6Mənbələr