AZ

® “PAŞA Holdinq” struktur transformasiyası çərçivəsində “PAŞA Ventures Company” MMC-ni təsis edib

“PAŞA Holdinq” davam edən struktur transformasiyası və strateji inkişaf planları çərçivəsində “PAŞA Ventures Company” MMC-nin yaradıldığını elan edir.

Hüquqi baxımdan əvvəlki “PAŞA Management Company” əsasında formalaşdırılan yeni şirkət mahiyyət etibarilə fərqli fəaliyyət istiqamətinə malik olacaq və müxtəlif sahələrdə fəaliyyət göstərən aktivlərin mərkəzləşdirilmiş idarə edilməsini həyata keçirəcək. “PAŞA Ventures Company” MMC-nin idarəçiliyi altında “Saffron Restaurant Group”, “Blue Planet” pərakəndə satış şirkəti, “Caspian Entertainment” və “PAŞA Travel” kimi aktivlər birləşdiriləcək.

Şirkətin baş icraçı direktoru vəzifəsinə Elnur Əmikişiyev təyin olunub. O, 2020-ci ildən etibarən “PAŞA Holdinq”də Xüsusi Layihələr üzrə direktor və Ventures istiqaməti üzrə icraçı direktor vəzifələrində çalışıb. Daha əvvəl 23 il ərzində bp şirkətində Maliyyə və Kommersiya departamentində müxtəlif rəhbər vəzifələrdə işləyib.

“PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov mövzu ilə bağlı bildirib: “PAŞA Ventures”in yaradılması müxtəlif sahələrdə fəaliyyət göstərən aktivlərin daha effektiv idarə olunmasına və inkişafına əlavə imkanlar yaradacaq. İnanıram ki, bu fəaliyyət holdinqimizin fəaliyyət göstərdiyi ölkələrin inkişafına töhfə vermək məqsədinə xidmət edəcək”.

Qeyd edək ki, bu dəyişiklikdən sonra “PAŞA Holdinq”in strukturu üç alt-holdinqdən (aktivlər qrupu) ibarət olacaq: “PAŞA Maliyyə Holdinq”, “PAŞA Real Estate” və “PAŞA Ventures”. Bununla yanaşı, holdinq çərçivəsində “Agro Dairy” və “Bravo” şirkətləri ayrıca vertikallar kimi fəaliyyətlərini davam etdirəcəklər.

 

Seçilən
22
5
azertag.az

6Mənbələr