ABB Özbəkistan bazarına daxil olub.
Banco.az xəbər verir ki, bu barədə keçirilən mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov məlumat verib.
Bildirilib ki, ABB səhmdarlarının qərarı ilə Özbəkistanın “Davr Bank”ından nəzarət səhm paketinin alınması barədə müsbət qərar qəbul edilib. Müafiq icazə prosedurlarından sonra bankın Özbəkistan bazarında “ABB-Davr” adı ilə fəaliyyət göstərməsi nəzərdə tutulur.
Qeyd olunub ki, ABB sözügedən banka 100 milyon ABŞ dolları həcmində investisiya yatıracaq. Razılaşmaya əsasən, ABB “Davr" bankın 51 %-lik nəzarət səhm paketinə sahib olacaq. Hazırda bununla bağlı müvafiq prosedurlar davam etdirilir.
Mətbuat konfransında vurğulanıb ki, bankın aktivlərinin 1 milyard manatdan çox olduğu, həmçinin 43-dən artıq filialının fəaliyyət göstərdiyi qeyd edilib.
“Hədəfimiz sıfırdan yaradılan bank almaq deyildi. Bazarda müəyyən mövqeyə malik, hazır fəaliyyət göstərən bank axtarırdıq. Bu təklif ABB üçün daha əlverişli idi”, – deyə sədr əlavə edib.