AZ

ABB Özbəkistan bankına 100 milyon dollar investisiya edəcək

ABB Özbəkistan bazarına daxil olub.

Banco.az xəbər verir ki, bu barədə keçirilən mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov məlumat verib.

Bildirilib ki, ABB-nin səhmdarlarının qərarı ilə Özbəkistanın “Davr" bankının nəzarət səhm paketi əldə olunub. Bank Özbəkistan bazarında “ABB-Davr” adı ilə fəaliyyət göstərəcək.

Qeyd olunub ki, ABB sözügedən banka 100 milyon ABŞ dolları həcmində investisiya yatıracaq. Razılaşmaya əsasən, ABB “Davr" bankın 51 %-lik nəzarət səhm paketinə sahib olacaq. Hazırda bununla bağlı müvafiq prosedurlar davam etdirilir.

Mətbuat konfransında vurğulanıb ki, cari ilin ikinci yarısından etibarən bank Özbəkistan bazarında “ABB-Davr” brendi ilə fəaliyyətə başlayacaq. Bankın aktivlərinin 1 milyard manatdan çox olduğu, həmçinin 43-dən artıq filialının fəaliyyət göstərdiyi qeyd edilib.

“Hədəfimiz sıfırdan yaradılan bank almaq deyildi. Bazarda müəyyən mövqeyə malik, hazır fəaliyyət göstərən bank axtarırdıq. Bu təklif ABB üçün daha əlverişli idi”, – deyə sədr əlavə edib.

Seçilən
12
1
banco.az

2Mənbələr