AZ

AKİ də mühüm iclas: Rasim Balayevin boş qalmış kürsüsünün yeni sahibi müəyyən edilir?

ain.az, Yenisabah saytına istinadən bildirir.

Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin iclası keçiriləcək.

“Yeni Sabah” xəbər verir ki, iclasda qurultayın vaxtı təyin ediləcək, gündəliyi təsdiqlənəcək və katibliyin gördüyü işlər barədə hesabat dinləniləcək.

Toplantıda ittifaqın 36 nəfər idarə heyətinin üzvləri iştirak edəcək. pizza hut

Qurultayda isə yekun olaraq AKİ-yə kimin sədr seçilməsi ilə bağlı səsvermə keçiriləcək.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da ağciyər xərçəngi və yüksək şəkər səbəbilə dünyasını dəyişib. Mayın 7-də mərhumun 40 mərasimi baş tutub.

 Qurultayın təxminən mayın 28-dən sonra keçirilməsi gözlənilir.

Aydan Hacı 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
19
yenisabah.az

10Mənbələr