"Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026-2030-cu illər üçün Milli Fəaliyyət Planı" hazırlanıb. 1news.az xəbər verir ki, bununla bağlı İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci il üzrə məlumatında öz əksini tapıb. Hesabat Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb. Bildirilib ki, sənəd aidiyyəti dövlət qurumlarının təklifləri nəzərə alınmaqla hazırlanıb və təsdiq edilməsi haqqında Prezidentin Sərəncam layihəsi 34 dövlət qurumu ilə razılaşdırılaraq aidiyyəti üzrə təqdim edilib.