AZ

Azərbaycanda insan alveri ilə mübarizəyə dair Milli Fəaliyyət Planı qəbul ediləcək

Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026-2030-cu illər üçün Milli Fəaliyyət Planı qəbul ediləcək.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirə olunan insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.

Bildirilib ki, aidiyyəti dövlət qurumlarının təklifləri nəzərə alınmaqla hazırlanmış "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026-2030-cu illər üçün Milli Fəaliyyət Planı" və həmin planın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam layihəsi 34 dövlət qurumu ilə razılaşdırılaraq aidiyyəti üzrə təqdim edilib.

Seçilən
8
11
day.az

10Mənbələr