AZ

15 yaşına çatmamış şəxsin işə cəlb edilməsi ilə bağlı 6 fakt aşkarlanıb

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən il Dövlət Əmək Müfəttişliyi Xidməti aidiyyəti qurumlardan daxil olmuş materialların araşdırılması zamanı işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsi ilə bağlı 6 fakt aşkarlayaraq aidiyyəti vəzifəli şəxslərə 6.000 manat məbləğdə inzibati cərimə tətbiq edib.

APA xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumat”ında qeyd edilib.

Həmçinin uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsi ilə bağlı 1 fakta görə 3.300 manat məbləğdə inzibati cərimə tətbiq olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
10
apa.az

10Mənbələr