Kolumbiyalı məşhur müğənni Şakira növbəti dəfə futbol üzrə dünya çempionatının rəsmi himninin ifaçısı seçilib.
Redaktor.az xəbər verir ki, bu barədə "Marca" portalı müğənninin paylaşımına istinadən məlumat yayıb.
Bildirilib ki, mayın 7-də pop ulduz nigeriyalı müğənni Burna Boy ilə birlikdə ifa etdiyi DÇ-2026-nın rəsmi mahnısı olan "Dai Dai" trekindən qısa hissəni sosial şəbəkə hesablarında paylaşıb.
Mahnının rəsmi təqdimatı mayın 14-nə planlaşdırılıb. "Dai Dai" üçün çəkilən klip Braziliyanın məşhur Marakana stadionunda lentə alınıb.
Xatırladaq ki, Şakira bundan əvvəl 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən futbol üzrə dünya çempionatının rəsmi himni olan "Waka Waka" (This Time for Africa) mahnısını da ifa etmişdi.