AZ

Şakira dünya çempionatı üçün yeni mahnısını təqdim etdi

Məşhur müğənni Şakira futbol üzrə dünya çempionatı üçün hazırladığı üçüncü mahnını təqdim edib.

90deqiqe.Az xəbər verir ki, yeni bəstə 2026-cı ilin iyun-iyul aylarında Kanada, ABŞ və Meksikada keçiriləcək mundiala həsr olunub. Mahnı “Dai Dai” adlanır. Bəstənin həmmüəllifi isə nigeriyalı musiqiçi Burna Boy olub.

Xatırladaq ki, Şakiranın 2010-cu ildə Cənubi Afrikada keçirilən dünya çempionatı üçün səsləndirdiyi Waka Waka mahnısı mundialın rəsmi himninə çevrilmiş və bu gün də futbolsevərlər tərəfindən böyük maraqla qarşılanır.

Kolumbiyalı sənətçi 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatı üçün də La La La adlı rəsmi saundtreki təqdim etmişdi.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı bir ay sonra Meksika – Cənubi Afrika matçı ilə start götürəcək. Bu, mundial tarixində ilk dəfə 48 komandanın iştirak edəcəyi turnir olacaq.

Seçilən
16
90deqiqe.az

1Mənbələr