Naxçıvan, 7 may, AZƏRTAC
Cari ilin yanvar – aprel aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 79,5 milyon manatdan artıq vergi daxil olub.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2,8 faiz və ya 2,2 milyon manat çoxdur.
Qeyri-dövlət sektorundan daxilolmalar 57,3 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 9,4 faiz və ya 4,9 milyon manat artıb.
Ödənilən vergilərin 72 faizi qeyri-dövlət sektorunun, 28 faizi isə dövlət sektorunun payına düşüb.
Bundan başqa, 2026-cı ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz artaraq 1,6 milyon manata yaxın olub.
Müxbir-Nail Əsgərov