AZ

Naxçıvanda vergi daxilolmaları 8 faiz artıb

Naxçıvan, 15 aprel, AZƏRTAC

Cari ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 54,5 milyon manata yaxın vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 8,3 faiz və ya 4,2 milyon manat çoxdur.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, qeyri-dövlət sektorundan daxilolmalar 38,8 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 20,6 faiz və ya 6,6 milyon manat artıb.

Ödənilən vergilərin 71,2 faizi qeyri-dövlət sektorunun, 28,8 faizi isə dövlət sektorunun payına düşüb.Bundan başqa, 2026-cı ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,8 faiz artaraq 1,1 milyon manatdan artıq olub.

Müxbir - Nail Əsgərov

Seçilən
3
3
azertag.az

10Mənbələr