AZ

Vəkilliyə qəbulla bağlı test imtahanında uğur qazananların ADLARI MƏLUM OLDU

Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına üzvlüyə qəbul üzrə növbəti ixtisas imtahanının test mərhələsi keçirilib.

Moderator.az xəbər verir ki, üç saat davam edən vəkilliyə qəbulla bağlı test imtahanında müraciət edən 540 namizəddən ümumilikdə 525 nəfər iştirak edib və onlardan 315 nəfəri uğur qazanıb.

Uğur qazanan namizədlərdən 1-i Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına sənəd verən şəxsdir.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanan namizədlər Sənəd Qəbulu Komissiyasına 01.06.2026-cı il tarixdən 01.07.2026-cı il tarixədək aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formada ərizə;

2. Yazılı test mərhələsinin yekun nəticəsinə dair məlumat vərəqəsi;

3. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;

4. Ali hüquq təhsili barədə diplomun notariat qaydada təsdiq edilmiş surəti;

5. Əmək kitabçasının notarial qaydada və ya iş yerində təsdiq edilmiş surəti;

6. Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında olub-olmaması barədə tibbi arayış;

7. Əqli cəhətdən sağlamlıq barədə tibbi rəy;

8. 3x4 sm və 4x6 sm ölçüdə hər ölçüdən 4 ədəd (cəmi 8 ədəd) rəngli fotoşəkil;

9. Vəkilin şəxsi məlumat vərəqəsi;

10. Tərcümeyi-hal.

İmtahanda uğur qazanan şəxslərin adları ilə buradan tanış ola bilərsiniz.

Seçilən
1
7
moderator.az

9Mənbələr