Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Qusar şəhərindəki Bəhruz Ağaverdiyev adına 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Elmir Elşən oğlu Ağamirzəyev respublika səviyyəli müsabiqədə uğur qazanıb.Bizim.Media xəbər verir ki, məktəbli bu il keçirilən “Heydər Əliyev – 103: Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsində 1-ci yerə layiq görülüb.
Qeyd edək ki, “Ən yaxşı təqdimat” müsabiqəsi ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi məqsədilə 9-11-ci sinif şagirdləri arasında hər il keçirilən, 3 mərhələdən ibarət nüfuzlu yarışmadır.
Elmir Ağamirzəyev əla qiymətlərlə oxuyur. O, ötən il 9-cu sinfin buraxılış imtahanlarında mümkün 300 baldan 290 bal toplayıb.O, həmçinin Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə 9-cu siniflər arasında keçirilən respublika “Əlaçı” verilişinin ötənilki qalibidir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.