AZ

Qusar məktəblisi respublika müsabiqəsində birinci oldu - FOTO

Qusar şəhərindəki Bəhruz Ağaverdiyev adına 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Elmir Elşən oğlu Ağamirzəyev respublika səviyyəli müsabiqədə uğur qazanıb.

Bizim.Media xəbər verir ki, məktəbli bu il keçirilən “Heydər Əliyev – 103: Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsində 1-ci yerə layiq görülüb.
 

Qeyd edək ki, “Ən yaxşı təqdimat” müsabiqəsi ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi məqsədilə 9-11-ci sinif şagirdləri arasında hər il keçirilən, 3 mərhələdən ibarət nüfuzlu yarışmadır.


Elmir Ağamirzəyev əla qiymətlərlə oxuyur. O, ötən il 9-cu sinfin buraxılış imtahanlarında mümkün 300 baldan 290 bal toplayıb.

O, həmçinin Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə 9-cu siniflər arasında keçirilən respublika “Əlaçı” verilişinin ötənilki qalibidir.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
46
1
bizim.media

3Mənbələr