ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mətbəxdə bəzi qidaların ömrünü uzatmaq üçün istifadə edilən köhnə üsullar bu gün də öz aktuallığını qoruyur. Xüsusilə kartof səbətinin içərisinə bir ədəd almanın yerləşdirilməsi təcrübəli evdar xanımların ən çox müraciət etdiyi sirrlərdən biridir.Demokrat.az xəbər verir ki, bu sadə görünən hərəkətin arxasında əslində ciddi elmi səbəb dayanır.Alma yetişmə mərhələsində ətrafına etilen qazı yayır. Bu qaz əksər meyvələrin yetişməsini sürətləndirsə də, kartof üzərində tamamilə fərqli təsir göstərir. Almadan ayrılan etilen kartofun cücərməsinin qarşısını alır. Beləliklə, kartoflar daha uzun müddət təravətli qalır, bərkliyini və dadını itirmir.Eyni zamanda kartofun saxlanma şəraitinə də xüsusi diqqət yetirilməlidir. Kartofu heç vaxt soğanla bir yerdə saxlamaq olmaz, çünki soğan onun daha tez xarab olmasına yol açır. Kartofların uzun müddət qalması üçün onları mütləq qaranlıq və sərin yerdə, içərisində bir ədəd alma olmaqla saxlamaq lazımdır.Yəni, kartofun cücərib xarab olmaması üçün yanına bir ədəd alma qoymaq kifayətdir, çünki almanın yaydığı qaz kartofu aylarla təzə saxlayır.Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.