UEFA Çempionlar Liqasında finala yüksələn növbəti komanda bəlli olub.
Musavat.com xəbər verir ki, yarımfinalın cavab oyununda Almaniyanın "Bayern Münhen" klubu Fransanın PSJ komandasını qəbul edib.
Parisdə keçirilən ilk görüşdə 5:4 hesabı ilə qalib gələn PSJ cavab matçında da üstünlüyünü qoruyub. Oyunun 3-cü dəqiqəsində Usman Dembele fərqlənərək Paris təmsilçisini hesabda önə keçirib.
“Bayern” yalnız qarşılaşmanın sonlarında cavab qolu vura bilib. Oyunun 90+4-cü dəqiqəsində Harri Keyn hesabı bərabərləşdirsə də, bu qol Münhen klubunu xilas etməyib.
Matç 1:1 hesabı ilə başa çatıb. İki oyunun nəticəsinə əsasən ümumi hesabda 6:5 üstün olan PSJ Çempionlar Liqasının finalına vəsiqə qazanıb.
Qeyd edək ki, PSJ finalda “Arsenal”la qarşılaşacaq.
Musavat.com