AZ

"Arsenal”ın finaldakı rəqibi bəlli oldu - Çempionlar Liqası

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda PSJ səfərdə “Bavariya”nın qonağı olub.

Redaktor.az xəbər verir ki, komandalar arasında Fransada keçirilən ilk görüş dramatik və məhsuldar alınıb. PSJ-nin ilk oyundakı 5:4 hesablı qələbəsi cavab qarşılaşmasına əlavə intriqa qatıb.
“Alyans Arena”da keçirilən görüşə Paris təmsilçisi daha fəal başlayıb. Matçın 3-cü dəqiqəsində Usman Dembele hesabı açıb. Fransalı futbolçu erkən qolla PSJ-ni önə keçirərək “Bavariya”nın işini daha da çətinləşdirib.
İlk hissənin qalan dəqiqələri qarşılıqlı hücumlar şəraitində keçsə də, hesab dəyişməyib. Tərəflər fasiləyə PSJ-nin 1:0 hesablı üstünlüyü ilə yollanıblar.
Fasilədən sonra da oyun yüksək tempdə davam edib. Hər iki tərəf hücumların sayını artırıb.
Görüşün son dəqiqələrində “Bavariya” təzyiqi artırıb. Münhen təmsilçisi 90+4-cü dəqiqədə istəyinə çatıb. Harri Keyn dəqiq zərbə ilə hesabı bərabərləşdirib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Paris klubu iki oyunun yekununda ümumi hesabda 6:5 üstün olaraq UEFA Çempionlar Liqasının finalına yüksəlib. Beləliklə, PSJ finalda “Arsenal”ın rəqibi olub. 
Final qarşılaşması mayın 30-da Budapeştdəki “Puşkaş Arena”da baş tutacaq.

İlham İBRAHİMOV

Seçilən
19
7
redaktor.az

10Mənbələr